Avtomobil Alqı-Satqı Saytı Hazırlamaq: Qazanc İmkanları

30 baxış
22.02.2025

Shaftali.az olaraq biz təkcə təhsil, həkimlər, mənzil və digər sahələr üzrə saytlar hazırlamırıq, həm də avtomobil alqı-satqısı və rent-a-car platformalarının qurulmasını da təklif edirik. Bu tip platformalar avtomobil bazarında böyük rol oynayır və doğru yanaşma ilə yüksək gəlir gətirə bilər.

 

Niyə Avtomobil Saytı Yaratmalısınız?

Avtomobil alqı-satqısı və icarəsi ilə bağlı saytlar hazırda böyük tələbat görür. İnsanlar maşın almaq və ya kirayələmək üçün artıq dilerlərə getmək əvəzinə, onlayn platformalara üstünlük verirlər. Belə bir platformaya sahib olmaq sizə uzunmüddətli gəlir mənbəyi yarada bilər.

 

Biz sizə Bakı və digər şəhərlər üçün ən qısa müddətdə və ən uyğun qiymətə avtomobil sayt hazırlayırıq.

Hazırlanma müddəti: 1-3 ay

Qiymət: 3000-7000 AZN (funksionallığa görə dəyişir)

Xüsusiyyətlər:

• İstifadəçi qeydiyyatı və elan yerləşdirmə sistemi

• Avtomobil kateqoriyaları və filtrləmə funksiyası

• Premium və VIP elan yerləşdirmə imkanı

• Ödəniş inteqrasiyası və reklam yerləşdirmə funksiyası

• Mobil və SEO optimallaşdırılmış dizayn

 

Biz həmdə, Shaftali.az olaraq Daşınmaz Əmlak Saytlarının Hazırlanması sahəsində peşəkar həllər təklif edirik,

 

Saytdan Necə Qazanc Əldə Edə bilərsiniz?

Avtomobil alqı-satqı platformaları birbaşa satışdan deyil, müxtəlif gəlir mənbələrindən qazanır.

Başlanğıcda gəlir az olsa da, sayt böyüdükcə qazanc artır:

Reklam gəlirləri: Saytda avtomobil şirkətlərinin və fərdi satıcıların reklamlarını yerləşdirərək gəlir əldə edə bilərsiniz.

Premium/VIP elanlar: İstifadəçilərə ödənişli elanlar yerləşdirmə imkanı yaradaraq gəlirinizi artıra bilərsiniz.

Dilerlər üçün üzvlük planları: Avtomobil satışı ilə məşğul olan şirkətlər üçün xüsusi üzvlük paketləri təqdim edə bilərsiniz.

 

İlk aylar gəlir az olsa da, düzgün strategiya ilə aylıq 10,000 AZN və daha çox qazanc əldə etmək mümkündür.

Müəllif: Hajizada Farid 👦