E-Ticarət və Onlayn Mağaza Sayt Yaradılması

E-Ticarət və Onlayn Mağaza Sayt Yaradılması

 

Bizim peşəkar komanda e-ticarət saytlarının tam həllərini təqdim edir və müştərilərimizin biznes ehtiyaclarını qarşılayacaq funksionallığı təmin edir.

Əsas Sayt və Admin Panel:

 

                  💡Müştərilərə istifadəyə hazır əsas sayt təqdim olunur.

                  💡Admin panel vasitəsilə:

                  💡Məhsul idarəetməsi (CRUD).

                  💡Kateqoriya və alt kateqoriyalar əlavə etmək və idarə etmək.

                  💡Brendlərin yaradılması və idarə olunması.

                  💡Saytın menyusunu tənzimləmək.

                  💡Bloq və bloq kateqoriyalarını idarə etmək.

                  💡Media yükləmələri və idarəetmə.

                  💡İstifadəçilər və rollar üzrə tam idarəetmə, eləcə də hər cür icazələr (permissions).

                  💡Valyuta və dil əlavə etmə (CRUD).

                  💡Görünüş tənzimləməsi – saytın müxtəlif bölmələrinin idarə olunması.

                  💡Hesabatlar – Excel faylı kimi yükləmə funksiyası ilə.

Qiymət:

 

      💡Funksionallığa və tələblərə uyğun olaraq, veb sayt layihənin qiyməti 3000 - 7000 AZN arasında dəyişir.

Çatdırılma Müddəti:

 

                  💡Müddət: Layihənin tam hazır vəziyyətə gətirilməsi üçün 1 - 3 ay vaxt tələb olunur.

Hədiyyə Təkliflərimiz:

 

                  💡Domen: Müştərinin seçiminə uyğun pulsuz domen adı.

                  💡Server: 1illik pulsuz histinq xidmti.

                  💡SSL Sertifikatı: Saytın təhlükəsizliyini təmin edən pulsuz SSL sertifikatı.

                  💡SEO: Əsas SEO optimizasiyası ilə saytın axtarış sistemlərində daha görünən olması.

 

 Aşağıda xidmətlərimiz və təklif etdiyimiz üstünlüklər barədə ətraflı məlumat verilmişdir:

 

1. Ana Səhifədə Olmalı Əsas Elementlər

Ana səhifə istifadəçilərin saytla ilk tanış olduğu hissədir və bu səbəbdən onun təsirli və funksional olması vacibdir.

1.1. Bannerlər və Slayderlər:

                  - Dinamik olaraq dəyişən yüksək keyfiyyətli şəkillər və ya videolar.

                  - Kampaniyalar, endirimlər və yeni məhsullar haqqında məlumatlar.

                  - İstifadəçiləri müəyyən kateqoriyalara və ya məhsullara yönləndirən düymələr.

                 

 

1.2. Kateqoriyalar və Alt Kateqoriyalar:

                  - Ana kateqoriyalar və onların altında alt kateqoriyaların siyahısı.

                  - Hər kateqoriyanın altında təsviri və populyar məhsulları göstərmək.

                 

1.3. Ən Çox Satılanlar və Seçilən Məhsullar:

                  - Ən populyar və ya yeni əlavə edilmiş məhsulları göstərən hissə.

                  - Seçilmiş məhsulların kampaniyalarla birlikdə təqdim edilməsi.

                      

1.4. Brendlər:

                  - Saytda mövcud brendlərin loqolarının slayderdə göstərilməsi.

                  - Hər bir brendə klik etdikdə onun məhsullarının siyahılanması.

                   

 

1.5. İstifadəçi Şərhləri və Rəylər:

                  - Məhsullar haqqında istifadəçi rəyləri və ballar.

                  - Saytın etibarlılığını artırmaq üçün istifadəçi təcrübələri.

 

1.6. Blog və Xəbərlər:

                  - Texnologiya, e-ticarət və digər mövzularla bağlı faydalı bloq yazılarının qısa təsviri.

                  - Hər yazıya keçid düyməsi.

                  - bloqlar SEO baxımından çox əhəmiyyətlidir numune kimi baxa bilərsiz:  Onlayn mağaza bloqu

 

 

 2. Məhsul Səhifəsinin Tərtibatı 

Məhsul səhifəsi istifadəçilərə məhsul haqqında tam məlumat verən hissədir.

 

2.1. Məhsul Şəkilləri:

                  - Əsas məhsul şəkli.

                  - Bir neçə fərqli bucaqdan məhsulun şəkilləri və ya videosu.

 

                   

2.2. Məhsul Məlumatları:

                  - Məhsulun adı və təsviri.

                  - Qiyməti, endirim faizi və əvvəlki qiymət (əgər varsa).

                  - Stokda olub-olmaması.

             

 

2.3. Rəylər və Reytinqlər:

                  - İstifadəçilərin məhsul haqqında şərhləri.

                  - Orta rəy göstəricisi (5 ulduz sistemində).

 

2.4. Oxşar Məhsullar:

                  - İstifadəçilərin maraq göstərə biləcəyi məhsulları göstərən hissə.

 

2.5. Paylaşım Düymələri:

                  - Məhsulu sosial şəbəkələrdə paylaşmaq üçün düymələr.

 

3. Login və Qeydiyyat Səhifəsi

İstifadəçilər üçün sadə və funksional login və qeydiyyat sistemi.

 

3.1. Login:

                  - E-poçt və ya telefon nömrəsi ilə giriş imkanı.

                  - Şifrəni unutduqda onu yeniləmək üçün “Şifrəmi Unutdum” bölməsi.

 

 

3.2. Qeydiyyat:

                  - Ad, soyad, e-poçt, telefon nömrəsi və şifrə sahələri.

 

4. Əlaqə Səhifəsi

4.1. Əlaqə Forması:

                  - Ad, e-poçt, telefon və mesaj sahələri.

                   

4.2. Əlaqə Məlumatları:

                  - Şirkətin ünvanı, telefon nömrəsi və e-poçt ünvanı, Instagram, Tik-Tok v.s.

                   - İş saatları və xəritədə yerləşmə yeri.

                     

5. Sifarişlərim Səhifəsi

5.1. Sifarişlərin Göstərilməsi:

                  - İstifadəçinin etdiyi bütün sifarişlər və onların detalları.

                  - Hər sifariş üçün izləmə nömrəsi və statusu (gözləmədə, yolda, çatdırılıb).

 

5.2. Çatdırılma Məlumatları:

                  - Çatdırılma ünvanı və istifadəçi qeydləri.

 

6. Səbət Səhifəsi

 

6.1. Məhsul Siyahısı:

                  - Səbətdəki bütün məhsulların siyahısı, sayı və qiyməti.

                  - Məhsulu səbətdən çıxarmaq və ya miqdarını dəyişmək funksiyası.

                     

6.2. Ümumi Məbləğ və Çatdırılma Qiyməti:

                  - Məhsulun ümumi qiyməti və əlavə çatdırılma xərcləri.

                  - Ödəniş üçün keçid düyməsi.

7. Bəyənilənlər Səhifəsi:

                  - İstifadəçinin sevdiyi məhsulların siyahısı.

                  - Hər məhsul üçün səbətə əlavə etmək və ya siyahıdan çıxarmaq düyməsi.

 

8. Profilim Səhifəsi

 

8.1. Şəxsi Məlumatlar:

                  - İstifadəçinin ad, soyad, e-poçt və telefon nömrəsi.

                  - Məlumatları redaktə etmək üçün sahələr.

                         

8.2. Şifrə Dəyişdirmək:

                  - Köhnə və yeni şifrəni daxil etmək üçün forma.


Shaftali.az Admin Panelinin Funksionallıqları

Peşəkar sayt hazırlanması xidmətləri ilə biznesinizi onlayn aləmə daşıyın və müştəri bazanızı genişləndirin

 

1. Məhsul Yaratma və İdarəetmə (CRUD)

                  - Məhsul əlavə etmək: Məhsul adı, təsviri, qiyməti, şəkilləri, stok miqdarı, kateqoriyası və markasını qeyd etməklə yeni məhsul əlavə etmək imkanı.

                  - Məhsul redaktəsi: Mövcud məhsulun məlumatlarını yeniləmək, qiymətini dəyişmək və ya kampaniya tətbiq etmək.

                  - Məhsulun silinməsi: Artıq ehtiyac olmayan və ya satışdan çıxarılan məhsulları silmək.

                  - Məhsul siyahısı: Məhsulların kateqoriyalara görə siyahısını görmək, filtrlərdən istifadə edərək axtarış etmək.

                   

2. Kateqoriya və Subkateqoriyaların İdarə Edilməsi (CRUD)

                  - Yeni kateqoriya yaratmaq: Məhsulları təsnif etmək üçün yeni kateqoriyalar və onların alt kateqoriyalarını əlavə etmək.

                  - Redaktə: Kateqoriya adını və ya təsvirini yeniləmək.

                  - Siyahılama: Mövcud kateqoriya və subkateqoriyaları görə bilmək, onların arasında dəyişiklik etmək.

                  - Silinmə: İstifadəsi olmayan kateqoriyaları sistemdən silmək.

3. Markalar və Brendlərin İdarə Edilməsi (CRUD)

                  - Marka əlavə etmək: Məhsulları brendlərə görə təsnif etmək üçün yeni markalar yaratmaq.

                  - Redaktə: Brend adını və ya loqotipini yeniləmək.

                  - Siyahılama: Bütün markaları siyahı şəklində görmək və filtrlərlə işləmək.

                  - Silinmə: Satışdan çıxarılan və ya artıq ehtiyac olmayan brendləri sistemdən silmək.

 

4. Saytda Menyu İdarəetməsi (CRUD):

                  - Yeni menyu yaratmaq: Saytın əsas və ya alt menyularını idarə etmək üçün yeni menyular əlavə etmək.

                  - Menyu linklərini idarə etmək: Hər bir menyu elementinə uyğun linklər təyin etmək.

                  - Sıralama: Menyuların sırasını istifadəçi təcrübəsinə uyğun olaraq dəyişmək.

                  - Silinmə: Artıq ehtiyac olmayan menyuları silmək.

5. Bloq və Bloq Kateqoriyaları (CRUD):

                  - Bloq əlavə etmək: Faydalı məlumatlar paylaşmaq üçün yeni bloq yazıları yaratmaq.

                  - Kateqoriyalar: Bloq yazılarını müvafiq kateqoriyalara bölmək və yenilərini əlavə etmək.

                  - Tərcümə: Bloqların bir neçə dildə göstərilməsi imkanı.

                  - Müəllif idarəetməsi: Bloq yazılarının müəlliflərini təyin etmək.

6. Media İdarəetməsi:

                  - Şəkillər və videoların idarə edilməsi: Yüklənən media fayllarını saxlamaq, silmək və ya yeniləmək.

                  - Qovluq sistemi: Faylların kateqoriyalar üzrə təsnifatı.

                  - Filtrlər: Mediaları tarix və ya fayl növünə görə axtarmaq.

7. İstifadəçilər və Rollar:

                  - Yeni istifadəçi yaratmaq: Admin, menecer, müştəri kimi istifadəçi rolları əlavə etmək.

                  - Rollar və icazələr: Hər bir istifadəçi üçün xüsusi icazələr təyin etmək.

                  - İstifadəçi redaktəsi: İstifadəçinin məlumatlarını yeniləmək, şifrəsini dəyişmək və ya hesabını deaktivləşdirmək.

                  - İcazələr: Saytın hər hissəsinə görə fərqli rollara xüsusi giriş icazələri vermək.

8. Valyuta və Dil Əlavə Etmə (CRUD)

                  - Valyuta əlavə etmək: Məhsul qiymətlərini bir neçə valyutada göstərmək.

                  - Kurs tənzimlənməsi: Valyutalar arasında dəyişmə məzənnəsini təyin etmək.

                  - Dil əlavə etmək: Saytı bir neçə dildə istifadəçilərə təqdim etmək və tərcümələr əlavə etmək.

9. Görünüş İdarəetməsi (CRUD)

                  - Səhifə bölmələrinin idarə edilməsi: Saytın başlıq, altlıq, bannerlər, reklam sahələri və məhsul siyahılarını dəyişmək.

                  - Dinamik bölmələr: Məzmunun dizaynını dəyişdirmədən bölmələrin daxilindəki məlumatları yeniləmək.

                  - Şrift və rəng tənzimlənməsi: Saytın dizaynını idarə etmək üçün vizual parametrləri tənzimləmək.

10. Hesabatlar və Analitika

                  - Məlumatların ixrac edilməsi: Sifarişlər, müştəri məlumatları, məhsul statistikasını Excel formatında ixrac etmək.

                  - Statistika: Ən çox satılan məhsullar, ən çox ziyarət olunan səhifələr haqqında məlumatlar.

                  - Satış hesabatları: Aylıq və ya illik satışların təhlili.

Shaftali.az admin paneli bütün bu funksionallıqları bir yerdə təqdim edərək, istifadəçilərə sayt idarəçiliyində maksimum rahatlıq və çeviklik təmin edir. Bu, e-ticarət saytının istənilən tələblərinə uyğun tərtibat üçün mükəmməl bir sistemdir.