Kiçik biznes saytları

Kiçik biznes saytları

Kiçik bizneslər üçün veb saytların hazırlanması günümüzün rəqəmsal dünyasında mühüm addımlardan biridir.

İnternet istifadəçilərinin sayı hər il artır və bu, bizneslər üçün onlayn mövcudluğun nə qədər vacib olduğunu bir daha sübut edir. Əgər kiçik biznes sahibi olaraq hədəfiniz daha geniş auditoriyaya çatmaq və gəlirinizi artırmaqdırsa, mütləq bir sayt sifarişi haqqında düşünməlisiniz. Bu yazıda, kiçik bizneslər üçün veb saytların əhəmiyyəti və bu sahədə uğur qazanmaq üçün atılması gərəkən addımlardan bəhs edəcəyik.

 

Niyə Kiçik Bizneslər üçün Veb Sayt Vacibdir?

Kiçik biznes saytları müştərilərə sizin haqqınızda məlumat əldə etmək, xidmətləriniz və məhsullarınızla tanış olmaq üçün ilk platformadır. Fiziki bir dükanınız olsa belə, bir veb sayt vasitəsilə:

                  💡 7/24 müştərilərinizə açıq olursunuz.

                  💡Məkan məhdudiyyətlərini aşaraq daha geniş bazarlara çıxış əldə edirsiniz.

                  💡 Rəqiblərinizlə daha yaxşı rəqabət edə bilirsiniz.

 

Kiçik Biznes Saytları Nə Təklif Edir?

                  💡Müştəri Məlumatlarının Yığılması

Veb saytlar sizə müştəri sorğularını toplamaq, geri bildirimlər almaq və potensial müştərilər ilə əlaqə qurmaq imkanı verir. Bu məlumatları düzgün analiz edərək biznes strategiyanızı təkmilləşdirə bilərsiniz.

                  💡 Brend Tanınması

İdeal şəkildə hazırlanmış bir sayt sizin biznesinizin professional görünməsini təmin edir. Sizin rəqiblərinizlə müqayisədə daha cəlbedici dizayna və məzmuna sahib olmaq müştəriləri sizə yönəldəcək.

                  💡 SEO Vasitəsilə Daha Geniş Auditoriya

Düzgün optimallaşdırılmış veb sayt vasitəsilə Google və digər axtarış motorlarında daha yaxşı mövqelərə çıxmaq mümkündür. Məsələn, müştəriləriniz “veb saytların hazırlanması” və ya “sayt sifarişi” kimi açar sözləri axtararkən sizin saytınız ön sıralarda görünə bilər.

 

Uğurlu Kiçik Biznes Saytının Xüsusiyyətləri                 

     💡Cəlbedici və Sadə Dizayn

Saytın dizaynı istifadəsi asan və vizual baxımdan cəlbedici olmalıdır. Həddən artıq rəngarənglik və ya qarışıqlıq müştərilərin diqqətini yayındıra bilər.

     💡Mobil Uyğunluq

Bugünkü dünyada internet istifadəçilərinin böyük hissəsi mobil cihazlardan istifadə edir. Buna görə saytınız mobil dostu olmalıdır.

                  💡Məzmunun Keyfiyyəti

Saytda yerləşdirilən məzmun qısa, informativ və maraqlı olmalıdır. Məhsul və xidmətləriniz haqqında ətraflı məlumat, bloqlar və tez-tez verilən suallar (FAQ) bölməsi əlavə etmək müştərilərin marağını artıracaq.

                  💡Əlaqə Məlumatları və İnteraktivlik

Müştərilərinizin sizinlə asanlıqla əlaqə qurması üçün saytınızda bir əlaqə forması, telefon nömrəsi, Instagram və e-poçt ünvanı yerləşdirilməlidir.

 

Kiçik biznes üçün uğurlu bir veb sayt yaratmaq istəyirsinizsə, aşağıdakı səhifələri daxil etmək vacibdir. Bu səhifələr həm müştərilərə lazımi məlumatları təqdim edir, həm də saytınızın funksional və peşəkar görünməsini təmin edir:

 

1. Əsas Səhifə.

Bu, saytınızın ilk təsir bağışladığı yerdir. Əsas səhifə:

                  💡 Cəlbedici bir başlıq və təsirli vizual elementlərdən ibarət olmalıdır.

                  💡 Biznesinizin əsas xidmətlərini və dəyərlərini vurğulamalıdır.

                  💡     Məsələn, “Bizimlə əlaqə saxlayın”, “Xidmətlərimizlə tanış olun” - düymələrini daxil etmək tövsiyə olunur.

 

2. Haqqımızda.

Bu səhifə müştərilərə biznesinizin tarixi, missiyası və vizyonu haqqında məlumat verir.

                  💡            Şirkətinizin yaradılması hekayəsi.

                  💡            Dəyərləriniz və məqsədləriniz.

                  💡            Müştərilərə niyə sizi seçməli olduqları ilə bağlı aydın və konkret izah.

 

3. Portfolio.

Bu, işinizin keyfiyyətini göstərən bir vitrin rolunu oynayır.

                  💡            Əvvəlki layihələrinizin şəkilləri və təsvirləri.

                  💡            Müştərilərin rəyləri və nailiyyətləriniz.

                  💡            Hər bir layihənin uğur hekayəsi ilə bağlı qısa məlumat.

 

4. Komandamız.

Müştərilər komandanızı tanımaq istəyir. Bu səhifə sizə etibarlılığı artırmaq üçün vacibdir.

                  💡            Komanda üzvlərinin şəkilləri və adları.

                  💡            Onların rolları və peşəkar bacarıqları haqqında qısa məlumat.

Məsələn:    https://legalway.az/team

 

5. Xidmətlərimiz.

Burada təqdim etdiyiniz bütün xidmətləri ətraflı şəkildə izah edə bilərsiniz:

                  💡            Hər bir xidmətin təsviri.

                  💡            Xidmətlərinizin müştərilərə hansı dəyəri təqdim etdiyini vurğulayın.

                  💡            Xidmətlərdən istifadə üçün ətraflı proses izahı.

6. Əlaqə.

Bu səhifə vasitəsilə müştərilər asanlıqla sizinlə əlaqə qura bilərlər:

                  💡            Telefon nömrələri və e-poçt ünvanı.

                  💡            Əlaqə forması.

                  💡            Şirkətinizin xəritədə yerləşməsi (Google Maps inteqrasiyası).

                  💡            Sosial media linkləri (Instagram, Facebook, LinkedIn, Youtube və s.).

Məsələn:

 

Digər Əlavə Səhifələr 

                  💡            Blog: Müştərilər üçün dəyərli məzmun paylaşaraq onların marağını saxlamaq və SEO nəticələrinizi yaxşılaşdırmaq üçün istifadə edə bilərsiniz.

                  💡            Tez-tez Verilən Suallar (FAQ): Müştərilərin tez-tez verdiyi suallara cavab verən səhifə yaradaraq, onlara yardımçı olun.

                  💡            Karyera (Vacancy): İş elanlarını yerləşdirmək üçün istifadə olunur.

  

Kiçik Bizneslər üçün Uğurlu Veb Sayt Hazırlama Prosesində Shaftali.az Sizinlədir

Sizin kiçik biznesinizi rəqəmsal dünyada ən yaxşı şəkildə təmsil etmək üçün Shaftali.az komandası olaraq hər zaman yanınızdayıq. Biz, peşəkar şəkildə dizayn edilmiş, SEO optimizasiyalı və istifadəçi dostu veb saytlar hazırlayaraq biznesinizin uğuruna dəstək oluruq. Bizim xidmətlərimizdən yararlanaraq, sizin üçün ən uyğun həlli təklif edəcəyik.

 Əgər siz də müştərilərə daha yaxın olmaq, biznesinizin görünürlüğünü artırmaq istəyirsinizsə, sayt sifarişi etmək üçün bizimlə əlaqə saxlayın. Biz, sizin ehtiyaclarınıza uyğun olan yüksək keyfiyyətli veb saytların hazırlanması xidmətini təklif edirik.