Xaricdə Təhsil Saytlarının Hazırlanması

310 baxış
30.06.2025

Xaricdə təhsil xidmətləri son illər ölkəmizdə böyük populyarlıq qazanıb. Valideynlər və tələbələr etibarlı mənbə axtararkən, peşəkar veb sayt bu sahədə fəaliyyət göstərən şirkətlərin imzası kimi çıxış edir. Bu gün sizinlə məhz bu mövzuda danışmaq istəyirik: xaricdə təhsil saytları necə olmalıdır, nə qədər vaxt və büdcə tələb edir və niyə bu qədər vacibdir?

Sayt sadəcə “vizitka” deyil, satış alətidir

Xaricdə təhsil sahəsində rəqabət artdıqca, istifadəçilərin inam qazanması üçün etibarlı, funksional və vizual cəhətdən cəlbedici sayt şərtdir. Bu saytlar təkcə şirkətin tanıtımı üçün deyil, həm də:

+ tələbələrə düzgün yönləndirmə,

+ universitet seçimində bələdçilik,

+ və onlayn görüşlərin təşkili üçün platforma kimi fəaliyyət göstərməlidir.

 

Praktiki nümunə:  OnlyTehsil.com

Bu yaxınlarda Only Tehsil şirkəti üçün tam funksional veb sayt hazırladıq – cəmi 3 günə. Saytda aşağıdakı bölmələr uğurla inteqrasiya olunub:

 🎯 Slider və tanıtım bannerləri

 🌍 Tələbələr üçün ən yaxşı ölkələrin təqdimatı

 🏢 Şirkət haqqında məlumat

 🎓 Populyar universitetlər

 🔄 “Only Təhsil necə işləyir?” bölməsi

 📅 Onlayn qəbul üçün görüş sistemi

 🤝 Etibarlı tərəfdaşların təqdimatı

 📰 Xəbərlər və bloq bölməsi

 

Bu cür funksiyalar istifadəçiyə güvən verir və sayt vasitəsilə real nəticələr əldə etmək imkanı yaradır.

 

Saytın qiyməti və hazırlanma müddəti

Xaricdə təhsil üzrə saytların hazırlanması layihənin funksionallığından asılı olaraq 1200 - 2500 AZN arasında dəyişir. Bu məbləğə aşağıdakılar daxildir:

+ UX/UI dizayn

+ Mobil uyğunluq

+ Kontent yerləşdirilməsi

+ Multibölmə struktur

+ SEO əsaslı texniki quruluş

Layihəni 7-10 iş günü ərzində təhvil vermək imkanımız var. Sürətli hallarda daha qısa müddətdə də mümkündür — yuxarıda qeyd etdiyimiz kimi, OnlyTehsil.com saytı 3 günə hazırlanmışdır.

 

Müəllif: Hajizada Farid 👦