JavaScript Sualları
1. var, let, const və scope nədir?
• var: Funksiya səviyyəli dəyişənlər yaradır.
• let: Blok səviyyəli dəyişənlər.
• const: Sabit dəyərlər üçün, yenidən təyin edilə bilməz.
• Scope: Dəyişənlərin harada görünə və istifadə oluna biləcəyini təyin edir (qlobal, funksiya, blok).
2. Arrow və Declaration Function fərqləri, this necə işləyir?
• Arrow funksiyalar this kontekstini saxlayır, adi funksiyalar isə onu dəyişir.
• Arrow funksiyalar arguments obyektinə malik deyil.
3. Closure nədir və hansı hallarda istifadə olunur?
• Funksiyanın daxili dəyişənlərini saxlayaraq onlara sonradan daxil olmağa imkan verir.
4. Generator və yield nə üçün lazımdır?
• Generatorlar iterativ prosesi idarə etmək üçün istifadə olunur, yield isə hər bir mərhələdə dəyəri qaytarır.
5. Object Copy üsulları (3 metod):
• Object.assign().
• Spread operatoru: {...obj}.
• JSON.parse(JSON.stringify(obj)).
Bu sualları öyrənib və qarşıdakı günlərdə məşq etsəniz, ölkənin qabaqcıl şirkətlərində sayt hazırlanması proseslərində çalışa bilərsiniz
6. Proto və Prototype fərqləri:
• __proto__: Miras alınan obyektlərə istinad edir.
• prototype: Funksiyalar üçün obyektlərdə miras yaratmaq üçün istifadə olunur.
7. Event Loop nədir?
• JavaScript-in sinxron və asinxron tapşırıqları idarə etmək üçün mexanizmi.
Asinxron Proqramlaşdırma
8. Mikro və Makro Tapşırıqlar:
• Mikro: Promise.then, async/await.
• Makro: setTimeout, setInterval.
9. Callback, Promise, then, async/await:
• Callback: Funksiya parametri kimi ötürülür.
• Promise: Asinxron əməliyyatların nəticələrini idarə etmək üçün obyekt.
• async/await: Daha oxunaqlı asinxron kod yazmağa imkan verir.
Data Strukturları
10. Map, Set, WeakMap, WeakSet:
• Map: Açar-dəyər cütlükləri.
• Set: Yalnız unikallıq təmin edən massiv.
• WeakMap, WeakSet: Zəif istinadlar yaradır, zibilyığan tərəfindən asan silinir.
11. Unique dəyərləri tapmaq üçün 3 metod:
• new Set(arr).
• Filter ilə: arr.filter((v, i) => arr.indexOf(v) === i).
• Reduce ilə: arr.reduce((acc, v) => acc.includes(v) ? acc : [...acc, v], []).
Əgər sizə çətin gəlirsə Frontend, “Frontend yoxsa Backend?” bloqumuzu oxuya bilərsiniz.
React Sualları
12. Redux-Saga nədir?
• Redux vəziyyətlərini idarə etmək üçün asinxron axınları təmin edir.
13. React Hook və useRef:
• Hook-lar funksional komponentlərdə vəziyyət idarəsini təmin edir.
• useRef: DOM obyektlərinə birbaşa giriş imkanı yaradır.
14. Formik və Provider:
• Formik: Formları idarə etmək üçün React kitabxanası.
• Provider: Redux vəziyyətlərini komponentlər arasında paylamaq üçün istifadə olunur.
15. Virtual DOM nədir?
• DOM-un daha sürətli yenilənməsi üçün yüngül və dinamik modeli.
Təməl Anlayışlar və Algoritmlər
16. Faktorial və Abstract:
• Faktorial: Rəqəmlərin ardıcıl hasili.
• Abstract: Obyektlər üçün ümumi interfeyslər yaratmaq.
17. Big-O Notation:
• Algoritmin mürəkkəbliyini təyin edir.