Frontend İntervü Sualları: HTML və CSS

Frontend İntervü Sualları: HTML və CSS

Frontend sahəsində inkişaf edənlərin bilməli olduğu əsas anlayışları və sualları bir araya gətirdik. Aşağıdakı məzmun sizə həm məlumat verəcək, həm də texniki müsahibələrdə kömək edəcəkdir.

💡 1. HTML nədir?

HTML (Hypertext Markup Language) – veb səhifələrin yaradılması üçün istifadə olunan işarə dilidir. O, sənədin strukturunu və məzmununu təsvir edir və bu, <html>, <head>, <body>, <p> və digər etiketlərdən istifadə edir. Bu tegler document-in brauzerdə necə göstəriləcəyini müəyyənləşdirir.

 

💡 3. CSS nədir?

CSS (Cascading Style Sheets - Kaskadlı Üslub Cədvəlləri) – veb səhifələrin görünüşünü müəyyən etmək üçün istifadə olunan dildir. Məsələn, rəng, şrift və elementlərin yerləşdirilməsi kimi. CSS, veb-səhifənin məzmununu və dizaynını ayırmağa imkan verir ki, bu da kodun oxunmasını və dəstəyini yaxşılaşdırır.

 

Siz frontend inkişafını mükəmməl səviyyədə öyrənərək, yalnız texniki biliklərinizi artırmaqla kifayətlənməyəcək, həm də öz web saytınızı yarada biləcəksiniz. Bu, sizə yaradıcılığınızı göstərmək, şəxsi layihələrinizi həyata keçirmək və gəlir əldə etmək üçün geniş imkanlar açacaq. Öz web sayt quraraq, onu müxtəlif xidmətlər və ya məhsullar təqdim etmək üçün istifadə edə, reklam vasitəsilə gəlir qazana və hətta portfolionuzu təqdim edərək yeni iş imkanları yarada bilərsiniz. Bu sahədə təcrübə qazandıqca, bilikləriniz sizə həm peşəkar yüksəlişdə, həm də passiv gəlir əldə etməkdə böyük fayda verəcək.

 

💡 4. Margin və padding nədir?

Margin və padding – veb səhifədə elementlərin ətrafında boşluq yaratmaq üçün istifadə olunan CSS xassələridir. Əsas fərq ondan ibarətdir ki, margin elementin sərhədinin xaricində boşluq yaradır, padding isə elementin sərhədinin daxilində boşluq yaradır.

 

💡 5. Box-sizing xassəsi nədir?

CSS-də box-sizing xassəsi, elementin eni və hündürlüyünün padding və border daxil olub-olmamasını müəyyən edir. Bu xassənin iki əsas dəyəri var: content-box və border-box.

 

Daha çox məlumat üçün ziyarət edin

Veb inkişafı ilə bağlı daha çox bilik əldə etmək istəyirsiniz? Ətraflı bloqu oxumaq üçün Frontend İntervü Sualları

 

💡 6. Semantik tegler habsilardi?

- <header> - giriş məzmunu təqdim edir və adətən naviqasiya vasitələrini ehtiva edir.

- <main> - səhifənin əsas məzmununu təqdim edir.

- <section> - saytda bölmə yaradılması üçün istifadə olunur.

- <nav> - naviqasiya linkləri üçün ayrıca bir bölmə müəyyən edir.

- <footer> - altbilgi, müəllif məlumatları və digər əlaqəli sənədlərin linklərini ehtiva edir.

- <article> - müstəqil yayımlanan və təkrar istifadə edilə bilən sənəd hissəsini təqdim edir.

 

💡  7. Accessibility nədir?

Accessibility və ya "veb əlçatanlıq" - bu, veb-səhifələrin müxtəlif maneələrlə istifadəçilər tərəfindən istifadə edilməsini və başa düşülməsini təmin etmək prosesidir.

 

💡  8. CSS-də adaptiv dizayn necə yaradılır?

Media qaydası: 

 

💡 9. CSS-də animasiya üsulları?

- Transform

- Transition

- Animation

 

💡 10. Flexbox nədir?

CSS Flexbox - bu, veb-səhifələrin yerləşdirilməsini sadələşdirən və adaptiv maketlər yaratmağa imkan verən texnologiyadır.