Açıq qiymətlər, gizli ödəniş yoxdur

Sayt hazırlanması qiymətləri

Bütün rəqəmlər bir səhifədədir: sayt növləri və müddətlər, mobil tətbiq, SEO paketləri, korporativ e-poçt və 2-ci ildən sonrakı xərclər. Qiymətlərimiz Bakıda ən sərfəli qiymətlərdən biridir, aşağıda bunu bazar rəqəmləri ilə göstəririk.

Sayt növləri və qiymətləri

Aralıq funksiyaların sayından asılıdır. Dəqiq rəqəmi tapşırığa baxıb deyirik, qiymət təklifi pulsuzdur.

  • Landinq səhifə

    300–600 AZN

    3–7 iş günü

    Bir xidmət, məhsul və ya reklam kampaniyası üçün bir səhifəlik sayt.

    • Bütün bloklar bir səhifədə
    • Müraciət və ya yazılış forması
    • Telefona uyğun dizayn
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Vizit-kart sayt

    400–800 AZN

    7–10 iş günü

    Şirkət, xidmətlər və əlaqə məlumatı olan kiçik sayt.

    • Haqqımızda, xidmətlər və əlaqə səhifələri
    • Xəritə və əlaqə forması
    • Admin panel
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Korporativ sayt

    800–2 000 AZN

    2–4 həftə

    Xidmətləri, layihələri və xəbərləri çox olan şirkət üçün.

    • Hər xidmət üçün ayrıca səhifə
    • Mətnləri və şəkilləri dəyişdiyiniz admin panel
    • Müraciət və onlayn yazılış formaları
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Standart onlayn mağaza

    1 500–3 000 AZN

    Təxminən 1 ay

    Kataloq, səbət və sifariş forması kifayət edəndə. Ödəniş çatdırılma zamanı alınır.

    • Məhsul kataloqu və kateqoriyalar
    • Səbət və sifariş forması
    • Məhsulların admin paneldən idarəsi
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Tam funksiyalı mağaza

    3 000–7 000 AZN

    2 aya qədər

    Kartla ödəniş, alıcı kabineti və başqa proqramlarla əlaqə lazım olanda.

    • Kartla onlayn ödəniş
    • Alıcı kabineti və sifariş tarixçəsi
    • Geniş süzgəclər
    • Anbar və ya kassa proqramı ilə inteqrasiya
    Sorğu göndər
  • Portal, CRM və fərdi sistem

    1 500 AZN-dən

    1–2 ay və daha çox

    Müştəri, sifariş və anbar uçotu, bir neçə satıcılı platforma və ya iş qaydanıza görə yazılan sistem.

    • İş qaydanıza uyğun modullar
    • İşçilər üçün rollar və giriş hüquqları
    • Hesabatlar və inteqrasiyalar
    • Mərhələlərlə təhvil
    Sorğu göndər

Hər saytda domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ e-poçt pulsuz qurulur. Müraciət və onlayn yazılış formaları da qiymətə daxildir.

Qiymət kalkulyatoru

Saytın növünü seçin və lazım olan funksiyaları əlavə edin. Kalkulyator qiymət aralığını, müddəti və hissə-hissə ödənişi göstərir.

Saytın növü
Funksiyalar
Məsələn, hər xidmət üçün ayrıca səhifə hər səhifə +30–60 AZN
İngilis, rus və ya başqa dildə versiya hər dil +160–600 AZN
Dizayn
SEO paketi
Təxmini qiymət 800–2 000 AZN

Təxmini qiymət

800–2 000 AZN

2–4 həftə

  • Korporativ sayt 800–2 000 AZN

Hissə-hissə, faizsiz

İlkin ödəniş, 30%
240–600 AZN
Qalanı 3 aya
ayda 186–466 AZN
və ya 6 aya
ayda 93–233 AZN

Aylıq ödənişi aşağı yuvarlaqlaşdırırıq, qalan bir neçə manat son aya düşür. Cəmi saytın qiymətinə bərabərdir.

İlk il pulsuz: domen, hostinq, SSL və korporativ e-poçt. 2-ci ildən hostinq və .az domen üçün ildə 170 AZN.

Rəqəmlər təxminidir. Dəqiq qiyməti tapşırığa baxıb deyirik, qiymət təklifi pulsuzdur.

Bazarla müqayisə

Bakıdakı 13 veb studiyanın saytına baxdıq (noyabr 2026), qiymətlərini 6 studiya açıq yazır. Bizim qiymətlərimiz bu siyahıda ən sərfəli qiymətlərdən biridir.

  • Landinq

    300 AZN-dən

    Başqa studiyalarda landinq 300–1 500 AZN-dən başlayır.

  • Korporativ sayt

    800 AZN-dən

    Başqa studiyalarda başlanğıc qiymət adətən 1 200 AZN olur.

  • Onlayn mağaza

    1 500 AZN-dən

    Qiymət yazan başqa studiyalarda mağaza 1 599–4 000 AZN-dən başlayır.

  • Texniki dəstək

    Pulsuz

    Başqa studiyalarda pulsuz dəstək 2–12 ay olur, birində isə ayda 99 AZN-dir. Bizdə sayt serverimizdə qaldığı müddətcə pulsuzdur.

Rəqəmlər studiyaların öz saytlarında yazılan başlanğıc qiymətlərdir. Konkret layihənin yekun qiyməti fərqli ola bilər.

Mobil tətbiq qiymətləri

Rəqəmlər təxminidir. Dəqiq qiyməti funksiyaların siyahısına baxıb hesablayırıq, qiymətləndirmə pulsuzdur.

  • Sadə tətbiq

    Kataloq, bron və ya sifariş forması olan tətbiq. Android və iOS üçün bir kod bazası.

    Təxminən 1–2 ay

    3 000–5 000 AZN

  • Orta tətbiq

    Qeydiyyat, kartla ödəniş, push bildirişləri və analitika lazım olanda.

    Təxminən 2–3 ay

    5 000–10 000 AZN

  • Mürəkkəb tətbiq

    Bir neçə istifadəçi rolu, real vaxtda çat, xəritə və ya native hazırlama.

    3 aydan çox, mərhələlərlə

    10 000 AZN-dən

Mobil proqramların hazırlanması

SEO paketləri

Hazırladığımız hər saytda əsas SEO quruluşu qiymətə daxildir. Daha çox iş lazım olanda üç paketdən birini seçirsiniz.

  • Baza paket

    Bir ay ərzində saytı yoxlayır, səhvləri və texniki SEO problemlərini düzəldirik.

    Birdəfəlik, 1 ay

    təxminən 300 AZN

  • Dərin paket

    Frontend, backend və texniki SEO üzərində dərin iş, problemlər kodun içindədirsə.

    Birdəfəlik

    800–1 200 AZN

SEO xidməti

İlk il pulsuz

  • Domen

    .az və ya .com, sizin adınıza qeydiyyatdan keçir.

  • Hostinq və ya server

    Saytın faylları və bazası bizim serverimizdə saxlanılır.

  • SSL sertifikatı

    Sayt qorunan HTTPS bağlantısı ilə açılır.

  • Korporativ e-poçt

    info@şirkətiniz.az kimi ünvanları pulsuz qururuq.

  • Texniki dəstək

    Yalnız ilk il deyil: sayt serverimizdə qaldığı müddətcə həmişə pulsuzdur, 24/7.

2-ci ildən

  • Hostinq və ya server

    Ehtiyat nüsxələr və 24/7 dəstək bu qiymətə daxildir.

    150 AZN/il

  • .az domen

    Domen sizin adınıza qalır.

    20 AZN/il

  • .com domen

    Qiymət qeydiyyatçının illik tarifindən asılıdır.

    təxminən 15–20 AZN/il

Nümunə: korporativ sayt 800 AZN-dən, sonrakı hər il hostinq və .az domen üçün 170 AZN. 3 ildə cəmi 1 140 AZN-dən.

Korporativ e-poçt

Saytı bizdə sifariş edənlərə korporativ e-poçt pulsuz qurulur. Saytınız başqa yerdədirsə və ya hələ hazır deyilsə, poçtu ayrıca da götürmək olar.

  • Ayrıca götürəndə

    Domeninizdə ad@şirkətiniz.az ünvanları, telefonda və kompüterdə qoşulmağa kömək edirik.

    5 ünvan

    150 AZN/il

  • Əlavə ünvan

    5 ünvandan çox lazım olanda.

    Hər ünvan üçün

    20 AZN/il

Domen, hostinq və korporativ mail

Hissə-hissə ödəniş

İşə 30% ilkin ödənişlə başlayırıq. Qalan məbləği 3–6 aya bölürsünüz, faiz və komissiya yoxdur.

Nümunə: 1 000 AZN-lik sayt

İlkin ödəniş, 30%
300 AZN
Qalanı 3 aya
ayda 233 AZN, son ay 234 AZN
və ya 6 aya
ayda 116 AZN, son ay 120 AZN

Sənədlər

  • Müqavilə

    İşin həcmi, müddət və qiymət müqavilədə yazılır.

  • Təhvil-qəbul aktı

    İş bitəndə saytı aktla təhvil veririk.

  • E-qaimə

    Şirkətlər üçün elektron qaimə-faktura yazırıq.

  • Sadə razılaşma

    Rəsmi sənəd lazım deyilsə, şərtləri sadə razılaşma ilə yazırıq.

Zəmanətlərimiz

  • Vaxtında təhvil

    Saytı razılaşdırdığımız müddətdə təhvil veririk, çox vaxt daha tez.

  • Keyfiyyətə zəmanət

    Gördüyümüz bütün işə zəmanət veririk. Təhvildən sonra üzə çıxan səhvləri pulsuz düzəldirik.

  • 6 ayda Google-da top-10

    Aylıq SEO paketində razılaşdırılmış əsas sorğular üzrə 6 ay ərzində Google-da ilk 10 nəticəyə zəmanət veririk. Öz saytımız Search Console-a görə «veb sayt hazırlanması» sorğusunda orta hesabla 6,8-ci mövqedədir.

  • Lighthouse-da SEO 100

    Saytı Google Lighthouse-da SEO balı 100 ilə təhvil veririk. Bunu öz saytımızda real ölçü ilə göstəririk.

shaftali.az, Google Lighthouse

Ölçü tarixi: 15.11.2026

  • 100 SEO
  • 95 Sürət, mobil
  • 98 Sürət, kompüter

Qiymətlər haqqında suallar

Sayt hazırlamaq neçəyə başa gəlir?

Landinq 300–600 AZN, vizit-kart sayt 400–800 AZN, korporativ sayt 800–2 000 AZN. Standart onlayn mağaza 1 500–3 000 AZN, tam funksiyalı mağaza 3 000–7 000 AZN. Portal, CRM və fərdi sistemlər 1 500 AZN-dən başlayır.

Qiymətə nələr daxildir?

Dizayn, proqramlaşdırma, admin panel, telefona uyğunluq, əsas SEO quruluşu, müraciət və onlayn yazılış formaları. Domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ e-poçt pulsuz qurulur.

2-ci ildən nə qədər ödəyəcəyəm?

Hostinq və ya server ildə 150 AZN, .az domen ildə 20 AZN, .com domen ildə təxminən 15–20 AZN. Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur.

Hissə-hissə ödəmək olar?

Bəli. 30% ilkin ödənişlə başlayırıq, qalan məbləği 3–6 aya bölürsünüz. Faiz və komissiya yoxdur.

Hansı sənədlərlə işləyirsiniz?

Müqavilə, təhvil-qəbul aktı və e-qaimə ilə. Rəsmi sənəd lazım deyilsə, sadə razılaşma ilə də işləyirik.

Sayt neçə günə hazır olur?

Landinq 3–7 iş günü, vizit-kart sayt 7–10 iş günü, korporativ sayt 2–4 həftə çəkir. Standart mağaza təxminən 1 ay, tam funksiyalı mağaza 2 aya qədər, portal və CRM 1–2 ay və daha çox vaxt aparır.

Kalkulyatorun göstərdiyi qiymət yekundur?

Xeyr, kalkulyator təxmini aralıq göstərir. Dəqiq qiyməti tapşırığa baxıb deyirik, qiymət təklifi pulsuzdur.

Mobil tətbiq neçəyə başa gəlir?

Sadə tətbiq təxminən 3 000–5 000 AZN, orta tətbiq 5 000–10 000 AZN, mürəkkəb tətbiq 10 000 AZN-dən. Server hissəsi və admin panel layihəyə daxildir.

SEO qiymətə daxildir?

Əsas SEO quruluşu hər saytın qiymətinə daxildir. Əlavə iş üçün üç paket var: baza paket təxminən 300 AZN, dərin paket 800–1 200 AZN, aylıq paket təxminən 800 AZN/ay. Aylıq paketdə 6 ayda top-10 zəmanəti var.

Korporativ e-poçt neçəyədir?

Sayt müştərilərinə pulsuz qurulur. Ayrıca götürəndə 5 ünvan ildə 150 AZN, hər əlavə ünvan ildə 20 AZN.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?