Domen almaq, hostinq və SSL

Domen, hostinq və korporativ mail

Saytın və e-poçtun işləməsi üçün lazım olanları bir yerdə qururuq: domen, hostinq, SSL sertifikatı və ad@şirkətiniz.az kimi ünvanlar. Saytı bizdə sifariş edənlərə domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ mail isə pulsuz qurulur.

  • 2022 ildən işləyirik
  • 120+ tamamlanmış layihə
  • 70 müştəri
  • 15 nəfərlik komanda
  • 6 ölkədən müştəri

Domen, hostinq və mail nədir

Domen saytın ünvanıdır, məsələn şirkətiniz.az. Hostinq saytın faylları və bazası saxlanılan serverdir. SSL sertifikatı brauzerlə sayt arasındakı əlaqəni şifrələyir, ünvan sətrindəki qıfıl işarəsi də onun sayəsində görünür. Korporativ mail isə domeninizdə açılan e-poçtdur: info@şirkətiniz.az, satis@şirkətiniz.az. Dördü birlikdə düzgün qurulanda sayt açılır, məktublar da spam qovluğuna düşmədən çatır.

Gmail ünvanı ilə də işləmək olur, amma müştəri və tərəfdaş məktubun kimdən gəldiyini domendən görür. ad@şirkətiniz.az ünvanı şirkətin adını hər məktubda təkrarlayır, işçi işdən çıxanda isə onun poçt qutusu şirkətdə qalır.

Domeni həmişə sizin adınıza qeydiyyatdan keçiririk. Əməkdaşlığı dayandırsanız belə, domen sizdə qalır. Sayt hələ yoxdursa, sayt hazırlanması qiymətinə domen, hostinq və SSL ilk il üçün daxildir.

Domen adını necə seçmək lazım olduğunu domen nədir yazısında, poçt ünvanlarının necə adlandırıldığını isə korporativ e-poçt yazısında izah etmişik.

Nələr daxildir

  • Domen qeydiyyatı

    Boş variantları yoxlayır, qısa və yadda qalan adı seçməyə kömək edirik. Domen sizin adınıza qeydiyyatdan keçir.

  • Hostinq

    Sayt bizim serverimizdə işləyir. Serverin işini, yeniləmələri və təhlükəsizliyi biz izləyirik.

  • SSL sertifikatı

    Sayt https ilə açılır, brauzer «təhlükəsiz deyil» xəbərdarlığı göstərmir. Sertifikat vaxtında yenilənir.

  • Korporativ mail

    ad@şirkətiniz.az formatında ünvanlar. Poçtu telefonda, kompüterdə və brauzerdə oxuyursunuz.

  • Ehtiyat nüsxələr

    Saytın ehtiyat nüsxələrini müntəzəm çıxarırıq. Nasazlıq olsa, sayt nüsxədən bərpa edilir.

  • Dəstək 24/7

    Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur və ilin 365 günü işləyir.

Qiymətlər

Saytı bizdə sifariş edənlər üçün bu xidmətlərin çoxu pulsuzdur. Korporativ maili saytdan ayrıca da qurmaq olar, məsələn, saytınız başqa yerdədirsə və ya hələ hazır deyilsə.

  • Sayt ilə birlikdə

    Pulsuz

    Domen, hostinq və SSL ilk il

    Saytı bizdə sifariş edəndə.

    • Domen, hostinq və SSL ilk il pulsuz
    • Korporativ mail pulsuz
    • Texniki dəstək pulsuz, 24/7
    • Domen sizin adınıza
    Sorğu göndər
  • Korporativ mail

    150 AZN/il

    5 ünvan

    Saytı başqa yerdə olan şirkətlər üçün.

    • 5 korporativ ünvan
    • Hər əlavə ünvan 50 AZN/il
    • Telefonda və kompüterdə qoşulmağa kömək
    • Domeninizdə: ad@şirkətiniz.az
    Sorğu göndər

İkinci ildən domen və hostinqin yenilənmə qiyməti domen zonasından və saytın həcmindən asılıdır. Onu müqavilədən əvvəl deyirik.

Necə qoşuruq

  1. Domenin seçilməsi

    Ünvanın boş olub-olmadığını yoxlayırıq, qısa və yadda qalan variant seçirik. Ad şirkətin adına və ya əsas xidmətinizə uyğun ola bilər, rəqəm və defis az olanda onu telefonla demək də asan olur.

  2. Qeydiyyat

    Domeni sizin adınıza qeydiyyatdan keçiririk. Bunun üçün şirkətin və ya şəxsin məlumatları lazımdır.

  3. Hostinq və SSL

    Saytı serverə yerləşdiririk, SSL sertifikatını qoşuruq və sayt https ilə açılır. Sonra sürəti, formaları və poçt göndərişini yoxlayırıq.

  4. Poçt qutuları

    Lazım olan ünvanları yaradırıq, telefonda və kompüterdə qoşulmasına kömək edirik. Hər işçiyə öz qutusu verilir, info@ kimi ümumi ünvanın məktubları isə bir neçə nəfərə yönləndirilə bilər.

  5. Dəstək

    Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur, 24/7, ilin 365 günü. Sualınıza telefon və WhatsApp ilə cavab veririk.

Sizdən nə lazımdır

  • Domen variantları

    İki-üç ad variantı. Hansının boş olduğunu yoxlayacağıq.

  • Qeydiyyat məlumatları

    Domen kimin adına olacaqsa, şirkətin və ya şəxsin məlumatları.

  • Ünvanların siyahısı

    Hansı poçt qutuları lazımdır: info, satış, mühasibat və ya işçilərin adları ilə.

  • Köhnə poçt qutuları

    Əvvəlki ünvanların siyahısı. Köhnə məktubları köçürmək lazımdırsa, bunu əvvəlcədən deyin.

  • Köhnə hostinqin girişləri

    Sayt başqa serverdədirsə, onu köçürmək üçün girişlər.

Son layihələrimiz

Bütün layihələr

Domen, hostinq və mail haqqında suallar

Domen nədir?

Domen saytın internetdəki ünvanıdır, məsələn şirkətiniz.az. İnsanlar onu brauzerə yazıb sayta girir, korporativ mail də həmin domendə açılır.

Pulsuz domen almaq olar?

Saytı bizdə sifariş edəndə domen, hostinq və SSL ilk il üçün pulsuzdur. Domen yenə də sizin adınıza qeydiyyatdan keçir.

Korporativ mail neçəyə başa gəlir?

Ayrıca götürəndə 5 ünvan üçün ildə 150 AZN, hər əlavə ünvan ildə 50 AZN. Saytı bizdə sifariş edənlərə korporativ mail pulsuzdur.

Korporativ mail necə yazılır?

Ad və domen: ad@şirkətiniz.az. Ümumi qutular üçün info@, satis@, hr@ kimi adlar işlədilir, işçilər üçün ad və ya ad.soyad.

İkinci ildən nə qədər ödəyəcəyəm?

Domen və hostinqin yenilənmə qiyməti domen zonasından və saytın həcmindən asılıdır, onu müqavilədən əvvəl deyirik. Texniki dəstək isə sayt serverimizdə qaldığı müddətcə pulsuz qalır.

Korporativ maili telefonda oxumaq olar?

Bəli. Poçt qutusunu telefonun poçt tətbiqinə və ya Gmail, Outlook kimi tətbiqlərə əlavə etmək olur. Ayarları biz qururuq və qoşulmağa kömək edirik.

SSL sertifikatı nə üçündür?

Sayt ilə ziyarətçi arasındakı əlaqəni şifrələyir. SSL olmayan saytı brauzer «təhlükəsiz deyil» kimi göstərir, formalara yazılan məlumatlar da qorunmur.

Saytım başqa hostinqdədir, sizə köçürmək olar?

Bəli. Girişləri alıb saytı serverimizə köçürür, domeni yeni serverə yönləndiririk.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?