İş axtaranlar və şirkətlər üçün hirex.az platformasını necə qurduq
Hirex.az-da namizəd vakansiyanı sahəyə və şəhərə görə tapır, şirkət elanı pulsuz yerləşdirir, biz isə belə portalın necə qurulduğunu göstəririk.
Layihəyə baxınMüştəri, sifariş və anbar uçotu
Müştəriləri, sifarişləri və anbarı Excel cədvəllərindən və dəftərlərdən bir sistemə köçürürük. Sistemi sizin iş qaydanıza görə yazırıq və mərhələlərlə təhvil veririk.
CRM müştəri ilə işi bir yerə yığır: zənglər, sorğular, sifarişlər və satışın mərhələləri. ERP daha geniş götürür və anbarı, alışı, kassanı, işçiləri və hesabatları da əhatə edir. Kiçik biznesdə çox vaxt ikisinin qarışığı lazım olur, məsələn, mağaza üçün satış və anbar proqramı.
Hazır proqramla tez başlamaq olur, amma iş qaydanızı ona uyğunlaşdırmalı olursunuz və hər istifadəçi üçün aylıq ödəyirsiniz. Fərdi sistemdə ekranlar və hesabatlar sizin prosesinizə görə qurulur, mənbə kodu isə sizdə qalır. Terminləri və seçim qaydasını CRM və ERP yazımızda ətraflı izah etmişik.
Müştərilər sorğunu saytdan göndərirsə, sayt və sistem eyni bazaya bağlanır və sorğu birbaşa menecerin qarşısına düşür. Saytınız hələ yoxdursa, sayt hazırlanması ilə eyni layihədə başlamaq olar. İstifadəçi hesabları, moderasiya və admin panel üzərində təcrübəmizi Hirex.az və Icare24.az layihələrində görə bilərsiniz.
Hər müştərinin əlaqə məlumatları, sifariş tarixçəsi, qeydləri və xatırlatmaları bir kartda. Menecer dəyişəndə tarixçə itmir.
Sifarişin statusu, cavabdeh işçi və ödəniş. Satışın mərhələlərini öz prosesinizə görə adlandırırsınız.
Mədaxil, məxaric, qalıqlar və bir neçə anbar. Hansı malın az qaldığını sistem siyahıda göstərir.
Gündəlik satış, gəlir, xərc və işçilərin nəticələri. Hesabatları Excel faylı kimi yükləmək olur.
Menecer, anbardar və rəhbər hərəsi öz bölməsini görür. Hər dəyişikliyin kim tərəfindən edildiyi yazılır.
Saytdan gələn sorğular, onlayn mağazanın sifarişləri və mobil tətbiq eyni bazaya düşür.
Fərdi sistemlərin qiyməti 5 000 AZN-dən başlayır. Yekun rəqəmi texniki tapşırığa baxıb deyirik, qiymət təklifi pulsuzdur.
5 000 AZN-dən
1–2 ay və daha çox, mərhələlərlə
Birinci mərhələdə əsas modullar işə düşür, qalanları növbəti mərhələlərdə əlavə olunur.
İşçilərinizlə danışırıq, sorğunun, sifarişin və malın yolunu addım-addım yazırıq. İndi istifadə etdiyiniz cədvəllərə və formalara baxırıq.
Modulları, rolları və hesabatları sənədə yığır, işi mərhələlərə bölürük. Sənədə əsasən qiyməti və müddəti hesablayırıq, müqavilə bağlayırıq.
Ən çox vaxt aparan iş üçün modulu birinci qururuq, adətən müştəri bazası və sifarişlər. Bütün layihə 1–2 ay və daha çox çəkir.
Köhnə cədvəllərdəki müştəriləri və malları sistemə köçürür, işçilərə sistemdə necə işləməyi göstəririk.
İşçilərin rəyinə görə yeni modulları əlavə edirik. Sistem serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur, 24/7.
Satışı və anbarı yaxşı bilən bir nəfər. Suallarımıza o cavab verir, aralıq versiyanı da o yoxlayır.
Excel faylları, qaimə və hesab-faktura nümunələri, indi istifadə etdiyiniz hesabat formaları.
Kim nəyi görür və nəyi dəyişə bilir: menecer, anbardar, mühasib, rəhbər.
Sistem sayt, onlayn mağaza və ya başqa proqramla əlaqələnəcəksə, onların girişləri və sənədləri.
Hirex.az-da namizəd vakansiyanı sahəyə və şəhərə görə tapır, şirkət elanı pulsuz yerləşdirir, biz isə belə portalın necə qurulduğunu göstəririk.
Layihəyə baxınEv, nəqliyyat, texnika və avadanlıq icarəsi üçün elan saytı: necə işləyir, içində nə var və nələrə diqqət etdik. Platforma hazır biznes kimi satılır.
Layihəyə baxınCRM müştərilərlə işin uçot sistemidir: əlaqə məlumatları, sorğular, sifarişlər və satış mərhələləri bir yerdə saxlanılır. Menecer dəyişəndə də müştərinin tarixçəsi itmir.
ERP şirkətin bütün resurslarını əhatə edir: anbar, alış, istehsal, kassa və işçilər. CRM onun müştəri və satış hissəsidir. Kiçik biznes çox vaxt CRM və anbar modulu ilə başlayır.
Fərdi CRM və ERP sistemləri 5 000 AZN-dən başlayır. Yekun qiymət modulların, rolların və inteqrasiyaların sayından asılıdır. Texniki tapşırığa baxıb pulsuz qiymət təklifi veririk.
Adətən 1–2 ay və daha çox. Sistemi mərhələlərlə təhvil veririk: birinci modullarla işləməyə başlayırsınız, qalanları sonra əlavə olunur.
Bəli. Mallar, qalıqlar, satış və hesabatlar bir sistemdə olur. Onlayn mağazanız varsa, sifarişlər birbaşa həmin bazaya düşür.
Prosesiniz standartdırsa və istifadəçi azdırsa, hazır proqram ucuz başa gələ bilər. İş qaydanız xüsusidirsə, bir neçə proqramı birləşdirmək lazımdırsa və ya istifadəçi sayına görə aylıq ödəniş artırsa, fərdi sistem sərfəli olur.
Sizdə. Mənbə kodunu və bütün girişləri təhvil zamanı veririk. Sistem bizim serverimizdə işləyəndə ehtiyat nüsxələri müntəzəm çıxarırıq.
Bəli. Mənbə kodu sizdə olduğu üçün yeni modul və hesabatları istənilən vaxt əlavə etmək olur. İşi mərhələlərlə qurmağımızın bir səbəbi də budur: işçilər sistemlə işlədikcə nəyin lazım olduğu aydınlaşır.
Adınızı və nömrənizi yazın, özümüz zəng edək.