İnternet mağaza və e-ticarət saytı

Onlayn mağaza hazırlanması

Məhsullarınızı kataloqa yığırıq, səbəti və sifariş formasını qururuq, mağazanı admin paneli ilə təhvil veririk. Standart mağaza təxminən 1 aya, tam funksiyalı mağaza 2 aya qədər hazır olur.

  • 2022 ildən işləyirik
  • 120+ tamamlanmış layihə
  • 70 müştəri
  • 15 nəfərlik komanda
  • 6 ölkədən müştəri

İnternet mağaza nə vaxt lazımdır

Instagram və WhatsApp ilə satış bir müddət işləyir. Məhsul çoxalanda isə hər gün eyni suallara cavab yazırsınız: qiyməti neçədir, bu ölçü varmı, nə vaxt çatdırılır. Onlayn mağazada bu cavablar məhsul səhifəsində olur. Alıcı seçimini edib sifarişi özü göndərir, siz isə onu admin paneldə görürsünüz.

Mağaza da saytdır, ona görə əsas qaydalar eynidir: domen, hostinq, telefona uyğun dizayn və Google üçün quruluş. Məhsul satmırsınızsa və şirkət haqqında sayt lazımdırsa, növləri və qiymətləri sayt hazırlanması səhifəsində yığmışıq.

Hazır nümunəyə Garmin.az layihəsində baxın: üç dildə 362 məhsulluq kataloq, stok süzgəci, sifariş isə sorğu, zəng və WhatsApp ilə gəlir. Mağaza açmazdan əvvəl nələri planlaşdırmaq lazım olduğunu e-ticarət saytı yazımızda izah etmişik.

Mağazada nələr olur

  • Kataloq və kateqoriyalar

    Hər məhsulun şəkilləri, təsviri, qiyməti və variantları olur: ölçü, rəng, həcm. Kateqoriyaları istədiyiniz qədər dərinləşdirmək olar.

  • Axtarış və süzgəclər

    Alıcı məhsulu adına, qiymətinə və xüsusiyyətlərinə görə tapır. Stokda olmayan məhsulu gizlətmək və ya ayrıca qeyd etmək olur.

  • Səbət və sifariş

    Səbət, çatdırılma ünvanı və əlaqə məlumatları bir axında. Göndərilən sifariş admin panelə düşür.

  • Onlayn ödəniş

    Tam funksiyalı mağazada kartla ödənişi bankın və ya ödəniş sisteminin xidməti ilə qoşuruq. Standart mağazada ödəniş çatdırılma zamanı alınır.

  • Admin panel

    Məhsulu, qiyməti, şəkli və stoku özünüz dəyişirsiniz. Sifarişlərin statusunu da oradan idarə edirsiniz.

  • Telefon və Google üçün quruluş

    Mağaza əvvəlcə telefon ekranına görə qurulur. Hər məhsul səhifəsinin öz başlığı, təsviri və ünvanı olur, Google onları ayrıca tapır.

Onlayn mağaza qiymətləri

Yekun qiyməti lazım olan funksiyaların siyahısına baxıb deyirik. Qiymət təklifi pulsuzdur.

  • Standart mağaza

    1 500–3 000 AZN

    Təxminən 1 ay

    Kataloq, səbət və sifariş forması kifayət edəndə. Ödəniş çatdırılma zamanı alınır.

    • Məhsul kataloqu və kateqoriyalar
    • Səbət və sifariş forması
    • Məhsulların admin paneldən idarəsi
    • Telefona uyğun dizayn
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Tam funksiyalı mağaza

    3 000–7 000 AZN

    2 aya qədər

    Kartla ödəniş, alıcı kabineti və başqa proqramlarla əlaqə lazım olanda.

    • Standart mağazadakı hər şey
    • Kartla onlayn ödəniş
    • Alıcı kabineti və sifariş tarixçəsi
    • Ölçü, rəng və qiymət üzrə geniş süzgəclər
    • Anbar və ya kassa proqramı ilə inteqrasiya
    Sorğu göndər

Hər iki mağazada domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ e-poçt pulsuz qurulur. Bir neçə satıcının məhsul yerləşdirdiyi platforma portal sayılır və 5 000 AZN-dən başlayır.

Mağazanı necə hazırlayırıq

  1. Zəng və qiymət təklifi

    Nə satdığınızı, neçə məhsulunuz olduğunu və sifarişi indi necə qəbul etdiyinizi soruşuruq. Qiymət təklifi pulsuzdur, razılaşandan sonra müqavilə bağlayırıq.

  2. Struktur və dizayn

    Kateqoriyaları, məhsul səhifəsini və sifarişin addımlarını planlaşdırırıq. Dizaynı əvvəl telefon ekranı üçün hazırlayıb sizə göstəririk.

  3. Proqramlaşdırma

    Kataloqu, səbəti və admin paneli qururuq, ödənişi və inteqrasiyaları qoşuruq. Standart mağaza təxminən 1 ay, tam funksiyalı mağaza 2 aya qədər çəkir.

  4. Yoxlama və işə salma

    Sifarişi telefondan və kompüterdən sınayırıq, Google üçün əsas ayarları edirik. Domen, hostinq və SSL qoşulur, mağaza açılır.

  5. Təhvil və dəstək

    Admin paneldə necə işləməyi göstəririk, girişləri və mənbə kodunu veririk. Mağaza serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur, 24/7.

Sizdən nə lazımdır

  • Məhsul siyahısı

    Ad, qiymət, təsvir və variantlar. Siyahını Excel cədvəlində göndərmək rahatdır.

  • Məhsul şəkilləri

    Hər məhsul üçün aydın şəkil. Fotolar eyni fonda və eyni ölçüdə olanda kataloq səliqəli görünür.

  • Loqo və rənglər

    Loqo faylı və korporativ rənglər, varsa brendbuk.

  • Çatdırılma və ödəniş qaydaları

    Hara, neçəyə və nə vaxt çatdırırsınız, ödənişi necə qəbul edirsiniz. Kartla ödəniş üçün bank və ya ödəniş sistemi ilə müqaviləni şirkətiniz bağlayır.

  • Əlaqə və qaytarma qaydaları

    Telefon, ünvan, iş saatları və malın qaytarılma şərtləri. Bunlar mağazanın ayrıca səhifəsində göstərilir.

Layihədən nümunə

Bütün layihələr

Onlayn mağaza haqqında suallar

Onlayn mağaza hazırlamaq neçəyə başa gəlir?

Standart mağaza 1 500–3 000 AZN, tam funksiyalı mağaza 3 000–7 000 AZN. Qiymətə admin panel, telefona uyğun dizayn və əsas SEO daxildir, domen, hostinq və SSL ilk il pulsuzdur.

İnternet mağaza neçə günə hazır olur?

Standart mağaza təxminən 1 ay, tam funksiyalı mağaza 2 aya qədər çəkir. Müddət məhsul siyahısının və şəkillərin nə vaxt hazır olmasından da asılıdır.

Saytda kartla ödəniş qəbul etmək olar?

Bəli. Tam funksiyalı mağazada kartla ödənişi bankın və ya ödəniş sisteminin xidməti ilə qoşuruq. Bunun üçün şirkətiniz həmin xidmətlə müqavilə bağlayır və pul birbaşa sizin hesabınıza gəlir.

Tap.az və Instagram varkən öz mağazam niyə lazımdır?

Tap.az və Instagram alıcı tapmağa kömək edir, amma qaydaları onlar qoyur və elanın nə qədər görünəcəyini də onlar həll edir. Öz mağazanızda kataloq, qiymətlər və alıcı bazası sizdə qalır, Google-dan gələn alıcı birbaşa sizə düşür. Çox vaxt hər ikisini birlikdə işlədirlər.

Məhsulları özüm əlavə edə bilərəm?

Bəli. Admin paneldə məhsulu, qiyməti, şəkli və stoku özünüz dəyişirsiniz. Təhvil zamanı bunu necə etmək lazım olduğunu göstəririk.

Domen kimin adına qeydiyyatdan keçir?

Sizin adınıza. Domen, hostinq və SSL ilk il pulsuzdur, mağazanın mənbə kodunu və bütün girişləri təhvil zamanı veririk.

Mağaza Google-da görünəcək?

Əsas SEO quruluşu qiymətə daxildir: hər məhsul səhifəsinin öz başlığı və təsviri olur, sayt tez açılır, sayt xəritəsi Google-a göndərilir. Rəqabətli sorğularda yuxarı çıxmaq üçün ayrıca SEO paketlərimiz var.

Mağazanı sonradan genişləndirmək olar?

Bəli. Standart mağaza ilə başlayıb sonra kartla ödəniş, alıcı kabineti və ya anbar proqramı ilə inteqrasiya əlavə etmək olar. Əlavə işin qiymətini ayrıca hesablayırıq.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?