Google-da yuxarı çıxmaq

SEO xidməti

Saytı texniki tərəfdən yoxlayırıq, səhvləri düzəldirik və Google-da yuxarı qalxması üçün işləyirik. Üç paket var: bir aylıq audit, dərin birdəfəlik iş və hər ay davam edən SEO.

  • 2022 ildən işləyirik
  • 120+ tamamlanmış layihə
  • 70 müştəri
  • 15 nəfərlik komanda
  • 6 ölkədən müştəri

SEO nədən başlayır

SEO işi texniki hissədən başlayır. Səhifələr tez açılmalı, telefonda düzgün görünməli, Google isə onları tapıb indeksləyə bilməlidir. Sonra məzmun gəlir: hər səhifə bir axtarış sorğusuna cavab verir, başlığı və təsviri həmin sorğuya uyğun yazılır.

SEO-ya ehtiyac adətən belə hiss olunur: sayt var, amma Google-dan müraciət gəlmir, rəqiblər isə sizin xidmətinizə görə axtarışda yuxarıdadır. Search Console-da saytın hansı sorğularda göründüyünə və orta mövqeyinə baxanda vəziyyət aydın olur.

Hazırladığımız hər saytda əsas SEO quruluşu qiymətə daxildir. Paketlər daha çox iş lazım olanda seçilir: sayt köhnədirsə, səhvləri çoxdursa və ya rəqabətli sorğularda yuxarı çıxmaq istəyirsinizsə. Sayt hələ yoxdursa, işə sayt hazırlanması ilə başlamaq lazımdır.

Axtarışda yuxarı çıxmağın niyə vaxt apardığını SEO-nun əhəmiyyəti yazımızda izah etmişik. Onlayn satış edirsinizsə, SEO işini onlayn mağaza quruluşu ilə birlikdə planlaşdırmaq daha asandır.

Nələri yoxlayırıq və düzəldirik

  • Sürət

    Səhifələrin açılma sürəti, şəkillərin ölçüsü və kodun yükü. Yavaş açılan saytdan alıcı da gedir, Google da onu aşağı salır.

  • İndeksləmə

    Google-un saytı necə gördüyü: sayt xəritəsi, robots.txt, təkrarlanan və boş səhifələr, 404 xətaları.

  • Başlıqlar və təsvirlər

    Hər səhifənin title və description mətni, H1 və başlıqların quruluşu, şəkillərin alt mətni.

  • Mobil versiya

    Saytın telefonda düzgün görünməsi və rahat işləməsi. Google saytı əsasən mobil versiyasına görə qiymətləndirir.

  • Açar sözlər

    Müştərilərin Google-da necə axtardığını tapır və hər sorğunu bir səhifəyə bağlayırıq ki, səhifələr bir-biri ilə yarışmasın.

  • Linklər və struktur

    Səhifələr arasında daxili linklər, Google üçün struktur məlumat (schema.org), yönləndirmələr.

SEO qiymətləri

Paketi saytın vəziyyətinə və məqsədinizə görə birlikdə seçirik.

  • Baza paket

    Təxminən 300 AZN

    Birdəfəlik, 1 ay

    Bir ay ərzində saytı yoxlayır, səhvləri, xətaları və texniki SEO problemlərini düzəldirik.

    • Saytın texniki auditi
    • Səhvlərin və xətaların düzəldilməsi
    • Texniki SEO: sürət, indeksləmə, sayt xəritəsi
    Sorğu göndər
  • Dərin paket

    800–1 200 AZN

    Birdəfəlik

    Frontend, backend və texniki SEO üzərində dərin iş. Problemlər saytın kodunun içindədirsə, bu paket seçilir.

    • Baza paketdəki işlər
    • Frontend: sürət, şəkillər, mobil görünüş
    • Backend: ünvanlar, yönləndirmələr, serverin cavabı
    • Dərin texniki SEO
    Sorğu göndər

Hazırladığımız hər saytın qiymətinə əsas SEO quruluşu daxildir: səhifələrin başlıqları və təsvirləri, sayt xəritəsi, sürətli yüklənmə və mobil uyğunluq.

SEO işi necə gedir

  1. Audit

    Saytı Google Search Console və SEO alətləri ilə yoxlayır, səhvlərin siyahısını çıxarırıq. Paketi bu siyahıya görə seçirik.

  2. Sorğuların seçilməsi

    Müştərilərinizin axtardığı sorğuları tapır və sizinlə əsas sorğuları razılaşdırırıq. Aylıq paketdə zəmanət məhz bu sorğulara aiddir.

  3. Texniki düzəlişlər

    Sürət, indeksləmə, başlıqlar və kod səhvləri. Baza paketdə bu iş bir ay çəkir.

  4. Məzmun və struktur

    Səhifələri sorğulara bağlayır, mətnlərə, başlıqlara və daxili linklərə düzəliş edirik.

  5. İzləmə

    Mövqeləri və klikləri Search Console-da izləyirik. Aylıq paketdə iş hər ay davam edir.

Sizdən nə lazımdır

  • Saytın girişləri

    Admin panelə və ya hostinqə giriş. Düzəlişləri birbaşa saytda edirik.

  • Google Search Console

    Hesab varsa, bizə giriş verin. Yoxdursa, onu birlikdə qoşarıq.

  • Xidmətlər və bölgə

    Nə satırsınız, hansı şəhərlərdə işləyirsiniz və kimləri rəqib sayırsınız.

  • Əsas sorğular

    Müştərilərinizin sizi necə axtardığını düşünürsünüzsə, siyahını göndərin. Yekun siyahını birlikdə razılaşdırırıq.

Hazırladığımız saytlar

Bütün layihələr

SEO haqqında suallar

SEO xidməti nədir?

Saytın Google axtarışında yuxarı çıxması üçün görülən işdir: texniki düzəlişlər, səhifələrin axtarış sorğularına uyğunlaşdırılması, məzmun və struktur.

SEO neçəyə başa gəlir?

Baza paket təxminən 300 AZN birdəfəlik, dərin paket 800–1 200 AZN birdəfəlik, aylıq paket təxminən 800 AZN-dir. Aylıq paketə SEMrush kimi ödənişli alətlər daxildir.

Texniki SEO nədir?

Saytın Google üçün düzgün işləməsi: sürət, mobil versiya, indeksləmə, sayt xəritəsi, yönləndirmələr və kod səhvləri. Baza paket əsasən bu işdir.

Nəticə nə vaxt görünür?

Google dəyişiklikləri dərhal görmür, səhifələri yenidən yoxlaması vaxt aparır. Rəqabətli sorğularda mövqe aylarla qalxır, ona görə aylıq paketdə zəmanət müddəti 6 aydır.

Top mövqeyə zəmanət necə işləyir?

Aylıq paketdə işə başlamazdan əvvəl sizinlə əsas sorğuları razılaşdırırıq. Bu sorğular üzrə 6 ay ərzində Google-da top mövqeyə zəmanət veririk.

Yeni saytın SEO-su qiymətə daxildirmi?

Bəli. Hazırladığımız hər saytda əsas SEO quruluşu var: başlıqlar, təsvirlər, sayt xəritəsi, sürət və mobil uyğunluq. Paketlər daha çox iş lazım olanda seçilir.

Hansı paketi seçməliyəm?

Sayt çoxdan yoxlanmayıbsa, baza paketlə başlayın: bir ayda əsas səhvlər düzəlir. Sayt yavaş açılırsa və problemlər kodun içindədirsə, dərin paket lazımdır. Rəqabətli sorğularda yuxarı çıxmaq və bu mövqeni saxlamaq istəyirsinizsə, aylıq paket seçilir.

SEO-nun nəticəsini necə yoxlayım?

Google Search Console-da saytın göründüyü sorğulara, kliklərə və orta mövqeyə baxın. Aylıq paketdə bu rəqəmləri sizinlə birlikdə izləyirik.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?