12 illik təcrübə və peşəkarlıqla liderik
Shaftali.az olaraq, 12 illik zəngin təcrübəmizlə veb və mobil tətbiqlərin hazırlanması və rəqəmsal həllərin təmin edilməsində lider şirkətik. Biz müştərilərimizə yalnız xidmət deyil, həm də etibarlı tərəfdaşlıq təklif edirik. Komandamızda 20-dən çox peşəkar mütəxəssis fəaliyyət göstərir. Frontend, Backend, DevOps mühəndisləri, layihə menecerləri (PM), dizaynerlər və digər ixtisaslı işçilər hər bir layihədə müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edirlər.
Qlobal səviyyədə fəaliyyət
Biz yalnız Azərbaycanın deyil, dünyanın 6 müxtəlif ölkəsində - Azərbaycan, Rusiya, Qazaxıstan, Dubay, Belarusiya və ABŞ-da müştərilərlə uğurlu əməkdaşlıqlar qurmuşuq. Xidmətlərimiz Azərbaycan, rus, ərəb və ingilis dillərində dəstəklənir ki, bu da bizi beynəlxalq müştərilərimizə daha yaxın edir.
Tam paket xidmətlərimiz
Shaftali.az olaraq, müştərilərimizə geniş spektrdə xidmətlər təqdim edirik:
Veb və tətbiq hazırlanması
Mobil və desktop platformalar üçün innovativ, yüksək performanslı saytlar və tətbiqlər yaradırıq.
Dizayn xidmətləri
Fərdi tələblərinizə uyğun unikal duzaynlar təklif edirik. Veb, tətbiq və marka dizaynında kreativ yanaşma təmin olunur.
CRM və ERP sistemləri
Biznesinizin idarə edilməsini sadələşdirmək üçün kompleks həllər təqdim edirik.
Botlar və avtomatlaşdırma
Daxili işlərinizi və müştəri xidmətlərinizi optimallaşdırmaq üçün ağıllı botlar və avtomatlaşdırılmış sistemlər yaradırıq.
SEO və rəqəmsal marketinq
Saytınızın axtarış sistemlərində ön sıralarda görünməsi və rəqəmsal strategiyanızın gücləndirilməsi üçün SEO və rəqəmsal marketing xidmətləri təklif edirik.
Texniki dəstək
Saytınızın və sistemlərinizin davamlı işini təmin etmək üçün yüksək səviyyədə texniki dəstək göstəririk.
SSL, domen və server dəstəyi
Bütün texniki ehtiyaclarınızı qarşılamaq üçün SSL sertifikatı, domen qeydiyyatı və server xidmətlərini hədiyyə olaraq təqdim edirik.
İnnovativ texnologiyalarla çalışırıq
Biz müasir texnologiyaların üstünlüklərindən maksimum istifadə edirik. Komandamız aşağıdakı texnologiyalarda ixtisaslaşmışdır:
• Frontend: JavaScript, React, Next.js
• Backend: Golang, Node.js, C#, C++, Python
• DevOps və konteynerləşmə: Docker, Kubernetes
Bu texnologiyalar bizə çevik, dayanıqlı və müasir həllər təqdim etmək imkanı verir.
Bizimlə nə əldə edirsiniz?
Shaftali.az ilə əməkdaşlıq edən hər bir müştəri:
• Yüksək keyfiyyətli xidmət
• Peşəkar dəstək
• İşə individual yanaşma
• Tam texniki təminat əldə edir.
Birlikdə uğur qazanın!
Bizimlə çalışaraq rəqəmsal dünyada mövqeyinizi möhkəmləndirə və biznesinizi inkişaf etdirə bilərsiniz. Daha ətraflı məlumat üçün shaftali.az saytına daxil olun və bizimlə əlaqə saxlayın.