Portfolio Saytı Nədir və Niyə Sizin Üçün Vacibdir?

55 baxış
24.02.2025

2025-ci ildə portfolio saytı xüsusilə iş adamları və mütəxəssislər üçün vacibdir. Məsələn, əgər siz Full Stack developersinizsə, CV-də təhsiliniz, iş təcrübəniz və bacarıqlarınız qeyd oluna bilər. Amma əgər CV-də şəxsi veb sayt linkiniz də varsa və HR mütəxəssisi bu linkə daxil olub şəklinizi, layihələrinizi və bacarıqlarınızı görə bilirsə, bu sizə üstünlük qazandırır və müsbət ilk təəssürat yaradır.

 

Biz portfolio tipli bir səhifəlik veb saytları 300 manatdan hazırlayırıq. Əgər domen və serveriniz varsa, sizə yalnız dizayn və quruluşda kömək edirik. Həmçinin, hər kəsin şəxsi e-poçt ünvanının olması tövsiyə edilir. Məsələn, contact@faridhajizada.com – burada faridhajizada.com sizin domeninizdir və bu domen vasitəsilə öz adınıza e-poçt ünvanı aça bilərsiniz.

Əgər işinizə uyğun peşəkar bir sayt yaratmaq istəyirsinizsə, sayt hazırlanması xidmətimizdən yararlana bilərsiniz.

 

Portfolio saytlarında əsas bölmələr:

✅ Şəxsi şəkil və təqdimat

✅ Haqqınızda bölməsi

✅ Sosial şəbəkə linkləriniz

✅ Bacarıqlarınız və ixtisaslarınız

✅ İş təcrübəniz və layihələriniz

✅ Təklif etdiyiniz xidmətlər

✅ Portfolio və nümunə layihələr

 

Əlavə olaraq, əgər siz peşəkar portfolio saytı istəyirsinizsə, biz ora blog səhifəsi də əlavə edə bilərik. Beləliklə, siz gündəlik məqalələr paylaşaraq SEO baxımından sahənizdə ölkədə birinci sıraya çıxa bilərsiniz.

Biz həmdə, Shaftali.az olaraq Avtomobil Alqı-Satqı Saytlarının Hazırlanması sahəsində peşəkar həllər təklif edirik,

 

Portfolio saytı sizin reklam vasitənizdir! Cəmi bir dəfə ödəniş edərək ömürlük özünüzü və biznesinizi tanıda bilərsiniz. 🚀

 

Tez-tez verilən suallar (FAQ)

1.Portfolio saytı neçə günə hazır olur?

3-5 gün ərzində portfolio saytı tam hazır olur.

2.Portfolio saytı qiyməti nə qədərdir?

Qiymət 300-1000 AZN arasında dəyişir. Funksionallıq və dizayna görə fərqlənə bilər.

3.Portfolio saytında hansı bölmələr olur?

Haqqında, xidmətlər, portfolio (işlər), əlaqə, sosial şəbəkə linkləri və istəyə uyğun bloq bölməsi əlavə edilə bilər.

4.Portfolio saytı SEO-ya uyğundur?

Bəli, sayt tam SEO optimizasiyalı olur və Google-da yüksək nəticələr əldə etməyinizə kömək edir.

5.Şəxsi e-poçt (məsələn, contact@adınız.com) əlavə edə bilərəm?

Bəli, şəxsi domeniniz üzərindən e-poçt xidməti açmaq mümkündür.

6.Portfolio saytımı gələcəkdə yeniləyə bilərəm?

Bəli, əlavə xidmət olaraq istədiyiniz zaman yeniləmə və düzəlişlər edə bilərik.

7.Portfolio saytım üçün domen və hosting lazımdırmı?

Bəli, əgər sizdə artıq domen və hosting varsa, onu istifadə edə bilərik. Əks halda, bizim vasitəmizlə sifariş edə bilərsiniz.

 

Əgər başqa suallarınız varsa, bizimlə əlaqə saxlayın! 🚀

 

Müəllif: Hajizada Farid 👦