Korporativ sayt, landinq və vizit-kart sayt

Korporativ sayt hazırlanması

Şirkətiniz, xidmətləriniz və əlaqə məlumatlarınız üçün sayt qururuq, onu admin paneli ilə təhvil veririk. Korporativ sayt 2–4 həftəyə, landinq 3–7 iş gününə, vizit-kart sayt 7–10 iş gününə hazır olur.

  • 2022 ildən işləyirik
  • 120+ tamamlanmış layihə
  • 70 müştəri
  • 15 nəfərlik komanda
  • 6 ölkədən müştəri

Korporativ sayt nə vaxt lazımdır

Müştəri sizi tövsiyə ilə, reklamdan və ya Google-dan tapanda əvvəlcə adınızı axtarır. Saytda kim olduğunuzu, hansı xidmətləri neçəyə göstərdiyinizi, harada yerləşdiyinizi və necə əlaqə saxlamaq olduğunu görür. Sual qalmayanda zəng edir və ya formanı doldurur, müraciət admin panelə və e-poçtunuza düşür.

Bir xidmət və ya bir kampaniya üçün çox vaxt bir səhifəlik landinq bəs edir. Bir neçə xidmətiniz, komandanız və işləriniz varsa, korporativ sayt lazımdır. Məhsul satırsınızsa, onlayn mağaza daha uyğundur. Bütün sayt növlərini və qiymətlərini saytların hazırlanması səhifəsində müqayisə edə bilərsiniz.

Hazır nümunələrə baxın. Bakumedtravel.az tibbi turizm agentliyinin saytıdır: üç dil, qiyməti yazılan 6 xidmət, həkim profilləri və WhatsApp ilə müraciət. Histeroskopiya.az klinika saytında 8 xidmət, üç dil və tarix-saat seçilən onlayn qəbul var. Korporativ saytda hansı bölmələrin olduğunu korporativ saytın bölmələri yazımızda ətraflı izah etmişik.

Saytda nələr olur

  • Şirkət və xidmət səhifələri

    Haqqımızda, xidmətlər, komanda, işlərimiz və əlaqə. Hər xidmətin öz səhifəsi olur, müştəri lazım olanı tez tapır.

  • Müraciət və onlayn yazılış

    Sorğu forması, zəng və WhatsApp düyməsi, istəsəniz tarix və saat seçilən onlayn yazılış. Formalar saytın qiymətinə daxildir.

  • Admin panel

    Mətni, şəkli, xidmətləri və qiymətləri özünüz dəyişirsiniz. Xəbər və ya məqalə əlavə etmək üçün proqramçıya yazmaq lazım olmur.

  • Telefona uyğun dizayn

    Ziyarətçilərin çoxu sayta telefondan girir. Dizaynı əvvəlcə telefon ekranı üçün hazırlayırıq, sonra kompüterə uyğunlaşdırırıq.

  • Google üçün quruluş

    Hər səhifənin öz başlığı, təsviri və ünvanı olur, sayt tez açılır, sayt xəritəsi Google-a göndərilir. Əsas SEO qiymətə daxildir.

  • Bir neçə dil

    Sayt azərbaycan, rus və ingilis dilində ola bilər. Hər dil üçün ayrıca ünvan qururuq, Google hər versiyanı öz dilində göstərir.

Korporativ sayt qiymətləri

Bakıda qiymətini açıq yazan studiyalarda korporativ saytın başlanğıc qiyməti orta hesabla təxminən 1 200 AZN-dir, bizdə 800 AZN-dən başlayır. Yekun rəqəmi səhifələrin sayına və lazım olan funksiyalara baxıb deyirik, qiymət təklifi pulsuzdur.

  • Landinq səhifə

    300–600 AZN

    3–7 iş günü

    Bir xidmət, məhsul və ya kampaniya üçün bir səhifəlik sayt.

    • Bir səhifədə bütün bölmələr
    • Müraciət forması və WhatsApp düyməsi
    • Telefona uyğun dizayn
    • Əsas SEO quruluşu
    Sorğu göndər
  • Vizit-kart sayt

    400–800 AZN

    7–10 iş günü

    Kiçik biznes üçün bir neçə səhifəlik sayt.

    • Haqqımızda, xidmətlər və əlaqə səhifələri
    • Xəritə və müraciət forması
    • Admin panel
    • Telefona uyğun dizayn
    Sorğu göndər
  • Korporativ sayt

    800–2 000 AZN

    2–4 həftə

    Bir neçə xidməti, komandası və işləri olan şirkət üçün.

    • Hər xidmət üçün ayrıca səhifə
    • Komanda, işlərimiz və xəbərlər bölmələri
    • Onlayn yazılış və müraciət formaları
    • Admin panel
    • Bir neçə dil, istəsəniz
    Sorğu göndər

Hər üç növdə domen, hostinq və SSL ilk il pulsuzdur, korporativ e-poçt pulsuz qurulur. İkinci ildən hostinq ildə 150 AZN, .az domeni ildə 20 AZN-dir.

Ödəniş və zəmanətlər

  • Faizsiz hissə-hissə ödəniş

    Məbləğin 30%-ni əvvəlcədən ödəyirsiniz, qalanı 3–6 aya bölünür. Faiz və komissiya yoxdur.

  • Sizə rahat olan sənədlər

    Müqavilə, təhvil-qəbul aktı və e-qaimə ilə işləyirik. Rəsmi sənəd lazım deyilsə, sadə razılaşma da kifayətdir.

  • Vaxtında təhvil

    İşi razılaşdığımız müddətdə təhvil veririk, çox vaxt daha tez.

  • Keyfiyyətə zəmanət

    Gördüyümüz bütün işə zəmanət veririk. Dizaynı və kodu biznesiniz üçün hazırlayırıq, hazır şablonu rəngləyib vermirik.

Saytı necə hazırlayırıq

  1. Zəng və qiymət təklifi

    Biznesinizi, xidmətlərinizi və saytdan nə gözlədiyinizi soruşuruq. Qiymət təklifi pulsuzdur, razılaşandan sonra işə başlayırıq.

  2. Struktur və mətnlər

    Hansı səhifələrin olacağını və menyunu birlikdə planlaşdırırıq. Mətnlər hazır deyilsə, onları yazmağa kömək edirik.

  3. Dizayn

    Dizaynı əvvəl telefon ekranı üçün hazırlayıb sizə göstəririk. Düzəlişləri edib razılaşdırandan sonra proqramlaşdırmaya keçirik.

  4. Proqramlaşdırma və yoxlama

    Səhifələri, formaları və admin paneli qururuq, saytı telefondan və kompüterdən yoxlayırıq. Domen, hostinq və SSL qoşulur, sayt açılır.

  5. Təhvil və dəstək

    Admin paneldə necə işləməyi göstəririk, girişləri və mənbə kodunu veririk. Sayt serverimizdə qaldığı müddətcə texniki dəstək pulsuzdur, 24/7.

Sizdən nə lazımdır

  • Loqo və rənglər

    Loqo faylı və korporativ rənglər, varsa brendbuk. Loqo yoxdursa, rəngləri və şrifti birlikdə seçirik.

  • Xidmətlərin siyahısı

    Hansı xidmətləri göstərirsiniz, qiymətlər saytda yazılacaqmı. Hər xidmət üçün qısa təsvir kifayətdir.

  • Mətnlər

    Şirkət haqqında, komanda və iş qaydası. Mətnləri hazırlamağa kömək edirik.

  • Şəkillər

    Ofis, komanda və gördüyünüz işlərin şəkilləri. Öz şəkilləriniz saytı stok fotolardan daha inandırıcı edir.

  • Əlaqə məlumatları

    Telefon, WhatsApp, e-poçt, ünvan və iş saatları. Ünvan xəritədə göstərilir.

Hazırladığımız saytlar

Bütün layihələr

Korporativ sayt haqqında suallar

Korporativ sayt neçəyə başa gəlir?

Korporativ sayt 800–2 000 AZN, vizit-kart sayt 400–800 AZN, landinq səhifə 300–600 AZN. Qiymətə admin panel, telefona uyğun dizayn, formalar və əsas SEO daxildir, domen, hostinq və SSL ilk il pulsuzdur.

Korporativ sayt neçə günə hazır olur?

Korporativ sayt 2–4 həftə, vizit-kart sayt 7–10 iş günü, landinq 3–7 iş günü çəkir. Müddət mətnlərin və şəkillərin nə vaxt hazır olmasından da asılıdır. Razılaşdığımız müddətdən gecikmirik, çox vaxt daha tez bitiririk.

Landinq, vizit-kart və korporativ sayt arasında fərq nədir?

Landinq bir səhifədir və bir xidmət və ya kampaniya üçündür. Vizit-kart sayt bir neçə səhifədən ibarətdir: haqqımızda, xidmətlər və əlaqə. Korporativ saytda hər xidmətin öz səhifəsi, komanda, işlər və xəbərlər bölməsi olur, istəsəniz bir neçə dildə.

Ödənişi hissə-hissə etmək olar?

Bəli. Məbləğin 30%-ni işə başlayanda ödəyirsiniz, qalanını 3–6 aya bölürük. Faiz və komissiya yoxdur. Sənəd olaraq müqavilə, təhvil-qəbul aktı, e-qaimə və ya sadə razılaşma, hansı sizə rahatdırsa.

Saytdakı məlumatları özüm dəyişə bilərəm?

Bəli. Hər sayta admin panel veririk: mətni, şəkli, xidmətləri və qiymətləri özünüz dəyişirsiniz. Təhvil zamanı bunu necə etmək lazım olduğunu göstəririk.

Onlayn yazılış forması qiymətə daxildir?

Bəli. Müraciət, sual və onlayn yazılış formaları saytın qiymətinə daxildir, onlar üçün ayrıca ödəniş yoxdur. Klinika, salon və kurs mərkəzləri üçün tarix və saat seçimi də qururuq.

Sayt bir neçə dildə ola bilər?

Bəli. Azərbaycan, rus və ingilis dilində sayt qururuq, hər dilin öz ünvanı olur. Əlavə dillərin qiymətini səhifələrin sayına baxıb ayrıca hesablayırıq.

Domen kimin adına qeydiyyatdan keçir?

Sizin adınıza. Domen, hostinq və SSL ilk il pulsuzdur. İkinci ildən hostinq ildə 150 AZN, .az domeni ildə 20 AZN, .com domeni ildə təxminən 15–20 AZN-dir. Saytın mənbə kodunu və bütün girişləri təhvil zamanı veririk.

Sayt Google-da görünəcək?

Əsas SEO quruluşu qiymətə daxildir: hər səhifənin öz başlığı və təsviri olur, sayt tez açılır, sayt xəritəsi Google-a göndərilir. Rəqabətli sorğularda yuxarı çıxmaq üçün ayrıca SEO paketlərimiz var.

Sorğu göndərin

Adınızı və nömrənizi yazın, özümüz zəng edək.

Nə lazımdır?

Qiymət təklifi alın

Nömrənizi yazın, özümüz zəng edib qiyməti deyək.

Nə lazımdır?